Günün son qalibi Paşa İbrahimli oldu

ESTAFET/ Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku yarışlarında günün son çəki dərəcəsi olan 69 kq-da mübarizə yekunlaşıb.

 

Qızıl medalı toplam 262 kq (birdənqaldırmada 120 kq, təkanlaqaldırmada isə 142 kq) nəticə göstərən Lənkəran atleti Paşa İbrahimli əldə edib. Sonrakı pilllərləri 260 kq (115+145) nəticə ilə Lerik atleti Füqan Əliyev və 244 kq (110+134) nəticə ilə Qobustan atleti İsmayıl Baxışov tutublar.