Ölkə çempionatında ilk günün mükafatçıları
ESTAFET/ Xəbər verdiyimiz kimi, Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib.
İlk yarış günlərində 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-a qədər çəki dərəcələrində yunan-Roma güləşçiləri qüvvələrini sınayıb. Ümumilikdə 177 yunan-Roma güləşçisinin mübarizə apardığı çempionat gərgin və maraqlı görüşlərlə yadda qalıb.
İki günlük yarış proqramı üzrə keçirilən çempionatda bu gün yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Ziya Zeynalov (55 kq), Taleh Məmmədov (63 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və Türmən Eyyubov (97 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
60, 67, 77, 87 və 130 kq çəki dərəcələrində fina görüşləri dekabrın 16-da, saat 17:00-da başlayacaq.
Güləş üzrə Azərbaycan çempionatı
Yunan-Roma güləşi, İlk günün mükafatçıları
55 kq
FİNAL: Ziya Zeynalov (Neftçi İK) - İbrahim Nurullayev (Gömrükçü İSM) 10:1
Bürünc: İzzət Süleymanov (Gəncə, Təhsil İC) - Eldəniz Əzizli (ROİL) 0:8
Bürünc: Zülfüqar Əliyev (Sumqayıt, Təhsil İC) - Zaur Əliyev (Lokomotiv) 10:1
63 kq
FİNAL: Mikayıl Rəhmanov (Zenit İC) - Taleh Məmmədov (Gömrükçü İSM) 2:6
Bürünc: Xəyyam Abdullayev (Neftçi İK) - Elçin Həsənov (Lənkəran) 2:3
Bürünc: Vilayət Qəhrəmanlı (Qubadlı) - Kazbek Fətəliyev (Qusar) 8:0
72 kq
FİNAL: Namaz Rüstəmov (MOİK) - Ülvi Qənizadə (Neftçi İK) 1:5
Bürünc: Nofəl Babayev (Sumqayıt, Zenit İC) - Rövşən Tağıyev (MOİK) 8:0
Bürünc: Emil Abdullayev (Gəncə, Təhsil İC) - Sənan Süleymanov (MOİK) 0:3
82 kq
FİNAL: Rafiq Hüseynov (MOİK) - Elvin Mürsəliyev (Neftçi İK) 1*:1
Bürünc: Anar Əlizadə (Gənclik İK) - Nicat Abdullayev (MOİK) 0:8
Bürünc: Rəfael Məhərrəmov (Sabirabad) - Elton Vəzirzadə (MOİK) 1:9
97 kq
FİNAL: Saqimaqomed Omarov (Atasport) - Türmən Eyyubov (MOİK) 0:3
Bürünc: Seymur Nizami (Gəncə, Təhsil İC) - Ramil Məmmədov (DİN İC) 2:6
Bürünc: Orxan Nuriyev (MOİK) - Nizami Şəmilov (Gəncə, Təhsil İC) 8:1