"Qarabağ"ın 3 rəqibi bilindi

ESTAFET/ Son çempion və ilk dövrənin lideri "Qarabağ"ın qış hazırlıq planı dəqiqləşib.
Komanda yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq. Antalyada baş tutacaq təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək. Ağdamlılar toplanış zamanı 6 yoxlama oyunu keçirməyi də planlaşdırır. Artıq 3 rəqib və onlarla keçiriləcək oyunların tarixləri məlum olub.
"Köhlən atlar" yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i Ukraynanın "Mariopol" və fevralın 3-ü isə Monteneqronun "Mladost" komandasıyla qarşılaşacaq.