Messi Ronaldonu qabaqladı

ESTAFET/ Argentina yığmasının və İspaniyanın "Barselona” klubunun 30 yaşlı hücumçusu Lionel Messi 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

 

Nüfuzlu "Marca” nəşrinin oxucular arasında 100 ən yaxşı oyunçunu müəyyənləşdirmək üçün apardığı səsvermənin sonunda qalib olub.

 

Messi səslərin 56 faizini topladığı halda, ikinci yeri tutan "Real Madrid”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu cəmi 25 faiz səs qazanıb. Üçüncü yerdə isə 6 faiz səslə "Kral klub”nun digər futbolçusu İsko Alarkon qərarlaşıb.

 

Messi 2017-ci ildə iştirak etdiyi bütün turnirlərdə ümumilikdə 54 qol vurub və 19 məhsuldar ötürmə verib.