RİO-2016: CÜDOÇULARIMIZ ÇIXIŞLARINI BAŞA VURDULAR

ESTAFET/ Bu gün Rioda cüdo yığmamızın sonuncu təmsilçisi tatami üzərinə çıxdı. Superağır çəki dərəcəsində komandamızın legioneri Uşangi Kokauri 1/16 final mərhələsində Latviya təmsilçisi Artur Nikiforenkoyla görüşdə cüdoda olan mümkün bütün xalları qazanmağı bacarıb və görüşü qələbə ilə bitirib.


1/8 final mərhələsində yapon Hisayoşi Harasava ilə qarşılaşan legionerimiz rəqibin ippon fəndi qarşısında aciz qalıb və mübarizəni dayandırıb.


Bununla da cüdo yığmamız üçün Olimpiada sona çatıb. Qeyd edək ki, indiyədək yığmamızın qazandığı hər iki gümüş medal cüdoçuların aktivindədi. Bu medalları 73 kq-da Rüstəm Orucov və 100 kq-da Elmar Qasımov Olimpiya yığmamızın hesabına yazdırıblar.