Kamil Stox hamıdan güclü oldu
ESTAFET/ Bişofsxofendə (Avstriya) xizəklə tullanma üzrə Dünya Kuboku çərçivəsində "Dörd tramplin turu"nun sonuncu - 4-cü mərhələsi başa çatıb.
Əvvəlki 3 mərhələdə olduğu kimi, burada da ən yaxşı nəticəni polşalı Kamil Stox göstərib və ümumi sıralamada qalib gəlib. Bununla da o, bütün mərhələlərdə qalib gələn ikinci xizəkçi kimi tarixə düşüb. Bundan öncə, 2001/2002 mövsümündə alman Sven Hannavald belə nailiyyət qazanmışdı.
Mərhələnin mükafatçılarını təqdim edirik.
Tramplindən xizəklə tullanma. Dünya Kuboku.
"Dörd tramplin turu", 4-cü mərhələ
1. Kamil Stox (Polşa) - 275,6
2. Anders Fannemel (Norveç) - 272,4
3. Andreas Vellinqer (Almaniya) - 270,5
Yekun sıralama
1. Kamil Stox (Polşa) - 1108,8
2. Andreas Vellinqer (Almaniya) - 1039,2
3. Anders Fannemel (Norveç) - 1021,3