Həsənova Fransa çempionatının ən məhsuldar blokçusudur

ESTAFET/ Qadın voleybolçular arasında Fransa çempionatında keçirilən 12 turun yekunlarına əsasən statistik göstəricilər açıqlanıb.

 

Bu ölkənin “Le Cannet” klubunun şərəfini qoruyan Azərbaycan millisinin üzvü Olena Həsənova öz məhsuldarlığı ilə blokçuların siyahısında liderdir.

 

Keçirdiyi 12 oyunda blokda qazandığı 50 xalla Həsənova bu göstərici ilə 1-ci yerdə qərarlaşıb. Onun ən yaxın izləyicisi Miriyam Klosterin (“Kann”) aktivində isə 38 xal var.