RİO-2016: OLQA İSMAYILOVA DA RİO İLƏ VİDALAŞDI
ESTAFET/ Rioda velosipod idmanının müxtəlif növləri üzrə yarışlar davam etməkdədir. Velosiped yarışlarında 2 növdə (keyrin və sprint) ölkəmizi təmsil edən Olqa İsmayılova bugün ikinci dəfə şansını yoxlamağa çalışacaq.
Xatırladaq ki, Olqa dünən keyrin növündə uğursuz çıxış edərək mübarizəni dayandırmışdı. Bu gün o sprintdə trekə çıxacaq. Olqa növbəti mərhələyə yüksəlmək üçün 27 velosiped ustası arasında "18-lik"də yer almağa çalışmalıdı.
İlk mərhələni 18-ci olmaqla başa vuran Olqa növbəti mərhələyə çıxsada, növbəti cəhdləri uğursuz olub və mübarizəni dayandıranların sırasına qoşulub.