RİO-2016: BOKSÇULARIMIZIN UĞURSUZLUĞU DAVAM EDİR
ESTAFET/ Bu gün keçirilən boks yarışlarının yekununda Azərbaycan boks yığmasının 7-ci boksçu mübarizəni dayandırdı.
Olimpiya yığmamızın bayraqdarı, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov qazax Adilbek Niyazimbetov qarşısında aciz qalıb. Açıq üstünlüklə məğlub olan Teymur sonuncu raundda azarkeşlər tərəfindən də fitə basıldı.
Tam heyətlə Oyunlara qatılan boksçularımızın əksəriyyəti artıq mübarizəni dayandırsada, hələ mükafat qazanan olmayıb.