"Barselona" uduzdu, "Fənər"dən növbəti qələbə: Euroleague - XVII

ESTAFET/ Basketbol üzrə kişilər arasında qitənin ən nüfuzlu klub turniri olan Avroliqada bu gün XVII tura yekun vurulacaq.  

Dünən keçirilən maraqlı qarşılaşmalardan biri, İspaniyada oynanılırdı. Yerli "Valensiya" turnir cədvəli baxımından vəziyyətini yaxşılaşdırmaq üçün mütləq son çempion "Fənərbaxça"nı məğlub etməli idi. Lakin ispanlar bunu bacarmayıblar.

 

Daha bir İspaniya təmsilçisi "Barselona" da məğlubiyyətlə barışmalı olub və play-off şanslarını təhlükəyə atıb.

 

Moskva ÇSKA-sı isə İtaliya səfərindən 26 xallıq fərqlə qalib dönüb. 


Avroliqa - 2017/2018 mövsümü
XVI turun oyunları


11 yanvar
"Panatinaikos" (Yunanıstan) - "Barselona" (İspaniya) (Türkiyə) 84:75

"Valensiya" (İspaniya) - "Fənərbaxça" (Türkiyə) 67:80

"Makkabi" TA (İsrail) - "Bamberq" (Almaniya) 90:88

"Olimpia Milano" (İtaliya) - ÇSKA (Rusiya) 81:107



12 yanvar
"Anadolu Efes" - "Tsrvena Zvezda" (Serbiya) 104:95

"Ximki" (Rusiya) - "Real Madrid" (İspaniya) 78:95
"Baskoniya" (İspaniya) - "Olimpiakos" (Yunanıstan) 86:54
"Jalgiris" (Litva) - "Unikaxa" (İspaniya) 79:77