"Şah" taxta doğru addımlayır

ESTAFET/ Xəbər verdiyimiz kimi, Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" yarışı davam edir. Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir.

 

Bu gün turnirdə 5-ci turun oyunları keçirilib. Turnirin ənənəsinə uyğun olaraq, oyunlar başqa şəhərə - Hilversuma keçirilib və bu təmsilçimiz üçün düşərli olub. Belə ki, Şəhriyar ağ fiqurlarla turnirin favoritlərindən biri, ABŞ şahmatçısı Fabiano Karuananı 43-cü gedişdə mat qoyub. Bununla da, Şəhriyar hind Anand və meydan sahibi Giri ilə birlikdə 3,5 xalla turnir cədvəlinə liderlik edir.  

 

Hilversum, Hollandiya

Tata Steel Chess 2018

 

V Tur

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804) - Fabiano Karuana (ABŞ, 2811)  1:0
Maqnus Karlsen (Norveç, 2834) - Vladimir Kramnik (Rusiya, 2797)  0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2767) - Vey Yi (Çin, 2743)  0,5:0,5

Qavayn Cons (İngiltərə, 2640) - Aniş Giri (Hollandiya, 2752)  0,5:0,5

Pyotr Svidler (Rusiya, 2768) - Hou Yifan (Çin, 2680)  1:0

Uesli So (ABŞ, 2792) - Başikaran Adiban (Hindistan, 2655)  1:0

Maksim Matlakov (Rusiya, 2718) - Sergey Karyakin (Rusiya, 2753)  0,5:0,5

Müəllif: Natiq NƏSİROV