"Sabah"dan növbəti transfer

ESTAFET/ Azərbaycanın futbol üzrə I Divizion komandalarından olan "Sabah" qış fasiləsində növbəti transferini reallaşdırıb.

 

Komanda vaxtilə U-21 millimizə də dəvət alan Qvanzan Maqomedovla mövsümün sonuna kimi müqavilə imzalayıb. Peşəkar karyerasına Rusiyanın "Krılya Sovetov" klubunda başlayan Maqomedov "Şahdağ", "Zirə", "Bakı", AZAL və "Səbail" klublarında forma geyinib. Futbolçunun sonuncu klubu Rusiyanın ikinci liqasında mübarizə aparan "Znamya Truda" komandası olub. 

Müəllif: Natiq NƏSİROV