RİO-2016: RƏSUL BÜRÜNC QAZANDI
ESTAFET/ Bugün Rioda Yunan-Roma stilində güləş yarışlarının son günüdü. Böyük ümidlər bəslənilən idman növü olmasına baxmayaraq, aktivimizdə hələ ki, yalnız Sabah Şəriətinin (130 kq) qazandığı 1 bürünc var.
66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən ən titullu güləşçilərimizdən olan Rəsul Çunayev bu gün yunan-roma yığmamızı fiaskodan xilas etməyə çalışacaq. Bu heç də gözlənilən qədər asan olmayacaq. Çünki Rəsulun daimi lider olduğu çəki dərəcəsi 71 kq-dı. Lakin bu çəki Olimpiya kateqoriyasına aid olmadığı üçün Rəsul cəki salmağa məcbur olub. Güləşi bilən hər kəs üçün isə bəllidir ki, 5-6 kq çəki salıb başqa çəki dərəcəsində güləşmək nə qədər ağırdı.
Rəsulun Oyunlarda debütü 1/16 final mərhələsindən başlayıb və ilk rəqib kubalı Migel Palasio Martinezi gərgin mübarizənin sonunda 4-2 hesabı ilə məğlub etməyi bacarıb.
1/8 final mərhələsində Rəsul rus İslambek Albiyevlə çox ağır görüş keçirdi. İlk mərhələdə olduğu kimi, Rəsul burada da 1-ci hissəni 0-2 hesaı ilə geri düşdükdən sonra, 2-ci hissədə görüşü öz xeyrinə başa vurub.
1/4 finalda Rəsulun rəqibi əlcəzairli Tarik Aziz Benaissa idi. İlk görüşlərindən fərqli olaraq, burada Rəsul görüşün taleyini ilk hissədəcə həll edib - 10:2 və vaxtından əvvəl qələbə ilə yarımfinala adlayıb.
Yarımfinalda Rəsulu prinsipial görüş gözləyirdi. Belə ki, rəqib erməni Miqran Harutyunyan olub. Təəssüf ki, Rəsul görüşü 1-4 hesabı ilə məğlub olub.
Rəsul bürünc medal uçun Cənubi Koreya təmsilçisi Hansu Ryu ilə qarşılaşıb. Görüşü vaxtından əvvəl 8-0 hesablı qələbə ilə bitirən Rəsul Olimpiya yığmamıza növbəti bürünc medalı qazandırıb.