Səmədova hələ də şans gözləyir
ESTAFET/ Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının oyunçusu Yelizaveta Səmədova çıxış etdiyi “Savino Del Bene Skandiççi” klubunda hələ də əsas heyətə düşməkdə çətinlik çəkir.
Belə ki, Səmədova şərəfini qorumağa çalışdığı klubun İtaliya “A seriya”sının 16-cı turunda rəqib meydançasında “Lardini Filottrano” ilə üz-üzə gəldiyi oyunda da ehtiyatda qalıb.
Görüşün nəticəsinə gəlincə isə, təmsilçimizin komandası qalib gəlib - 3:1 (22:25, 25:18, 25:15, 25:17).
Skandiççi təmsiliçisi 36 xalla 12 komanda arasında 3-cü yerdədir.