"Zirə" hazırlıqlarını davam etdirir
ESTAFET/ Antalyada təlim-məşq toplanışında olan “Zirə” komandası çalışmalarını davam etdirir. Komanda bu gün biri səhər, digəri isə axşam olmaqla iki məşqə çıxıb.
Günün ilk çalışmalarında "qartallar" əsasən texniki-taktiki hazırlıqlara üstünlük verib. Günün ikinci məşqində isə fərdi hazırlıqlarla kifayələnilib.