"Qarabağ" "Mariupol"a məğlub oldu
ESTAFET/ Qış hazırlıqlarını Antalyada davam etdirən “Qarabağ” bu gün üçün 2 yoldaşlıq oyunu planlayıb. Ağdamlılar ilk olaraq saat 16:00-da Makedoniyanın “Şkupi” komandası ilə qarşılaşırdı. Görüşdə hesab açılmayıb.
İkinci oyununda isə rəqib Ukrayna təmsilçisi “Mariupol” olacaq. Bu görüş isə saat 18:30-da planlaşdırılır.
Yoldaşlıq görüşləri
25 yanvar 2018
“Qarabağ” (Azərbaycan) - “Şkupi” (Makedoniya) 0:0
“Qarabağ”: Anton Kanibolotski, Elvin Yunuszadə, Qara Qarayev, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Coşqun Diniyev, Əsgər Hüseynov, Dani Kintana, Tarik Elyunussi, Ağabala Ramazanov, Ramil Şeydayev
“Qarabağ” (Azərbaycan) - “Mariupol” (Ukrayna) 2:3
Xatırladaq ki, hazırlıq dönəmində daha öncə iki sınaq oyunu keçirən “Qarabağ” ilk oyunda Rusiya təmsilçisi “Kuban”la 2:2, digər görüşdə isə Polşa təmsilçisi “Lexiya” ilə 1:1 hesablı bətabərə qalmışdı.