"Azərbaycanlıların dünya futzalında öz yerləri var": Xose Lopes

ESTAFET/ “Fransa oyunçularının fərdi keyfiyyətlərinə görə çox güclüdü. Təcrübəli futbolçuları var”. Bu sözləri futzal üzrə İspaniya millisinin baş məşqçisi Xose Valensio Lopes deyib.

 

İspanlar yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək Avropa çempionatında Fransa və Azərbaycanla eyni qrupda mübarizə aparacaqlar.

 

Turnir öncəsi rəqibləri dəyərləndirən Lopes millimiz barədə xoş sözlər bildirib: “Ola bilsin ki, Fransa taktiki cəhətdən bizim qədər güclü deyil. Azərbaycan yığması isə son dünya çempionatında bizə çətin anlar yaşatdı. Onlar həmin vaxt dünyanın ən yaxşı 8 komandası arasında yer aldılar. Azərbaycanlılar öz oyunumuzu göstərməyimizə mane olmağa çalışacaqlar. Onların dünya futzalında öz yerləri var”. 

Müəllif: Orxan NOVRUZOV