Abdulla Qədimbəyli Azərbaycan çempionu oldu
ESTAFET/ Dünən Azərbaycan Şahmat Federasiyasının ofisində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub. 18 nəfərin iştirak etdiyi çempionata yanvarın 14-də start verilmişdi.
İsveçrə sistemi üzrə keçirilən yarışın yekununda 9 oyundan 7,0 xal toplayan yeniyetmə Beynəlxalq Usta Abdulla Qədimbəyli kişilər arasında Azərbaycan çempionu adını qazanıb. II yeri 7,0 xal toplayan FIDE Ustası Rəvan Əliyev, III yeri isə 6,0 toplayan FIDE Ustası Məhəmməd Muradlı tutublar.
Qeyd edək ki, çempionatda əsas və ehtiyat yığmanın heç bir üzvü iştirak etməyib. Əsasən yeniyetmə şahmatçıar kişilər arasında ən güclünü müəyyənləşdiriblər.