Millimiz məğlubiyyətin əvəzini çıxdı
ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.
Rəşad Sadıqovun yetirmələri 5 gün öncə məğlub olduqları albaniyalı həmyaşıdları ilə ikinci dəfə üz-üzə gəliblər və 1:0 hesablı qələbə qazanıblar.
Yoldaşlıq görüşü
26 yanvar
Azərbaycan U21 - Albaniya U21 1:0
Qol: Ülvi İskəndərov 52
Azərbaycan: 22. Abdulla Seyidəhmədov, 20. Ömər Buludov, 4. Bəhlul Mustafazadə (k), 5. Elvin Sərkərov, 8. İlkin Muradov, 19. Rafael Məhərrəmli, 18. Ülvü İskəndərov, 9. Fəhmin Muradbəyli, 2. Sərtan Taşkın, 14. Nicat Süleymanov, 28. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 25. Murad Xaçayev, 21. Xəyal Nəcəfov, 1. Aydın Bayramov, 7. Ehtiram Şahverdiyev, 13. Murad Qayalı, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 24. İsmayıl İbrahimli, 16. İlyas Səfərzadə
Qeyd edək ki, Rəşad Sadıqovun çalışdırdığı U-21 bu vaxta qədər Antalyada 3 yoxlama görüşü keçirib. “Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn yığmamız Albaniyaya 0:1 hesabı ilə uduzub, Gürcüstanla isə heç-heçə edib - 1:1.