Sona 1 tur qalmış Şəhriyar liderliyi itirdi: Tata Steel Chess 2018
ESTAFET/ Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" turniri davam edir. Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir.
Bu gün turnirdə növbəti istirahət gününün ardından XII turun oyunları oynanılıb.
Şəhriyar bu turda ingilis şahmatçı Qavayn Consla qarşılaşırdı. Görüşü heç-heçə başa vuran şahmatçımız sona 1 tur qalmış liderliyi əldən verib.
Veyk-an-Zee, Hollandiya
Tata Steel Chess 2018
XII Tur
Cons (İngiltərə, 2640) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804) 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2834) - Maksim Matlakov (Rusiya, 2718) 1:0
Vladimir Kramnik (Rusiya, 2797) - Fabiano Karuana (ABŞ, 2811) 1:0
Pyotr Svidler (Rusiya, 2768) - Sergey Karyakin (Rusiya, 2753) 0,5:0,5
Yifan Hou (Çin, 2680) - Yi Vey (Çin, 2743) 0,5:0,5
Aniş Giri (Hollandiya, 2752) - Başikaran Adiban (Hindistan, 2655) 1:0
Vişvanatan Anand (Hindistan, 2767) - Uesli So (ABŞ, 2792) 0,5:0,5
12 turdan sonra turnir cədvəli: 1-2. Karlsen, Giri - 8,5 xal, 3. Məmmədyarova - 7,5 xal, 4-5. Anand, Kramnik - 7,5 xal, 6-7. So, Karyakin - 7 xal, 8. Svidler - 5,5 xal, 9. Yi Vey - 5 xal, 10-12. Matlakov, Cons, Karuana - 4,5 xal, 13. Adiban - 3,5 xal, 14. Yifan Hou - 2,5 xal.