"Qarabağ" 5-ci oyunda da qələbə qazana bilmədi

ESTAFET/ Antalyadakı təlim-məşq toplanışı çərçivəsində “Qarabağ” bu gün beşinci yoxlama oyununu keçirib.
"Köhlən atlar"ın bu dəfəki rəqibi Bosniya və Hersoqovinanın yüksək dəstə klubu olan “Sarayevo” olub. Baş məşqçisi və 11 futbolçusu millinin düşərgəsində olan komanda meydandan məğlub ayrılıb. Hər hissədə 1 dəfə fərqlənən bosniyalılar üstün tərəf olublar.
Yoxlama oyunu
29 yanvar 2018
“Qarabağ” - “Sarayevo” 0:2
“Qarabağ”: Anton Kanibolotski, Əsgər Hüseynov, Yakub Jezniçak, Arif Daşdəmirov, Ansi Aqolli, Donald Gerrye, Nicat Süleymanov, Ağabala Ramazanov, Miçel, Pedro Enrike, Dani Kintana.
Xatırladaq ki, “Qarabağ” əvvəlki yoxlama oyunlarında Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0) klubları ilə heç-heçə edib, “Mariupol”a (Ukrayna) 2:3 hesabıyla uduzmuşdu.

