"Fənərbaxça" Girəsun səfərində: Türkiyə Kuboku - 1/4 final

ESTAFET/ Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub.

 

“Beşikdaş” “Gənclərbirliyi”ni qəbul edib. Görüş “qara qartallar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində yeganə qolu millimizin hücumçusu Dəniz Yılmaz vurub.

 

Bu gün daha iki görüş baş tutacaq. Superliqa təmsilçiləri “Akhisar”la “Kayserispor” üz-üzə gələcək. "Fənərbaxça” isə aşağı liqa təmsilçisi “Girəsunspor”un qonağı olacaq.

 

Son oyun fevralın 1-i oynanılacaq. “Qalatasaray” “Konyaspor” səfərinə yollanacaq.

 

 

Türkiyə Kuboku

1/8 final, ilk oyunlar

 

 

30 yanvar 2018

“Beşiktaş” - “Gənclərbirliyi”  3:1

Qollar: Mustafa 21, Neqredo 74, Talişka 79 : Dəniz Yılmaz 52

 

31 yanvar 2018

19:30. “Akhisar” - “Kayserispor”

21:30. “Girəsunspor” - “Fənərbaxça”

 

1 fevral 2018

21:30. “Qalatasaray” - “Konyaspor” 

Müəllif: Natiq NƏSİROV