Qurban Qurbanov qolsuz başladı

ESTAFET/ Milli komandamız bu gün Moldova yığması ilə hazırlıq oyununda qarşılaşıb. Komandamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutan oyun Qurban Qurbanovun baş məşqçisi postunda ilk sınağı olub.

 

Eyni zamanda “Qarabağ”ı çalışdıran Qurbanov ən yaxşı bombardiri olduğu millidə fəaliyyətinə qolsuz bərabərliklə başlayıb.

 

Azərbaycan və Moldova yığmaları bu görüşlə 10-cu dəfə üz-üzə gəlib. Yubiley duelinədək 2 qələbə qazanıb, 4 heç-heçə edib, 3 dəfə uduzan komandamız növbəti dəfə bərabərliyə razılaşıb.

 

Yoldaşlıq oyunu

30 yanvar 2018

Azərbaycan - Moldova  0:0

Hakimlər: Hüseyin Göçek, Bahattin Duran, Tarık Onqun, Barış Şimşək

“Mardan” stadionu

 

Azərbaycan: 1. Kamran Ağayev, 30. Abbas Hüseynov, 5. Maksim Medvedev, 19. Rahid Əmirquliyev (K), 22. Əfran İsmayılov, 20. Riçard Almeyda, 2. Qara Qarayev, 13. Mahir Mədətov, 16.Cavid Hüseynov, 15.Ruslan Abışov, 4.Pavel Paşayev

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Rəşad Əzizli, 25. Elvin Yunuszadə, 18. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 10. Ruslan Qurbanov, 21. Təmkin Xəlilzadə, 8. Bəhlul Mustafazadə, 28. Cavid İmamverdiyev, 29. Anton Krivotsyuk, 3. Maqomed Mirzəbəyov, 17. Rəhman Hacıyev, 9. Emin Mahmudov

Baş məşqçi: Qurban Qurbanov

 

Moldova: 1. İlye Çebanu, 2. İon Jardan, 4. Petru Racu, 5. Vyaçeslav Posmaç, 7. Andrey Kojokaru (K), 9. Aleksandru Antonyuk, 22. Anton Rozgonin, 20. Alekdandre Paşenko, 10. Aleksandru Dedov, 19. Maksim Mixaylov, 18. Vladimir Ambros

Baş məşqçi: Aleksandr Spiridon 

Müəllif: Natiq NƏSİROV