"Sumqayıt"ın əvəzediciləri farsları üstələdi

ESTAFET/ İkinci dövrə üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” futbol klubunun əvəzediciləri bu gün növbəti yoxlama oyunu keçirib.

 

Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”da İran təmsilçisi “İranian Star”la qarşılaşıb. Görüş gənc "kimyaçıların" 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın qollarına Qurban Hüseynov (2) və Fərid Kərimzadə imza atıb. 

Müəllif: Natiq NƏSİROV