Ölkə çempionatında bütün yarımfinalçılar müəyyənləşdi - BOKS

ESTAFET/ Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib. 39 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 4-cü günündə 32 döyüş baş tutub.
8 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər. Yığmamızın aparıcı boksçularından Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq) və Rauf Rəhimov (81 kq) da final üçün döyüşmək hüququ qazanıblar.
Bu gün çempionatda yarımfinal döyüşləri keçiriləcək. Görüşlər saat 14:00-da başlanacaq.
Azərbaycan çempionatı
IV günün nəticələri
52 kq
Məsud Yusifzadə (“Rabitə” İK) - Cavid Hüseynov (Naxçıvan), Birinci tam üstünlüklə qələbə qazanıb
Orxan Əlirzayev (“Gömrükçü” İK) - Ramazan Babayev (“Gömrükçü” İK), Birinci döyüşü davam etdirməkdən imtina edib
Qoşqar Səfərli (DİN) - Məsud Mahmudov (MOİK) 5:0
Elçin Bayramov (“Qızıl Əlcək” İK) - Ramazan Abdullayev (Balakən) 1:4
56 kq
Tayfur Əliyev (MOİK) - Sərxan Babayev (“Rabitə” İK) 5:0
Elnur Həsənov (Siyəzən) - Təbriz Şirvani (“Gilan” İK) 1:4
Ramal Yusifzadə (“Qızıl Əlcək” İK) - Turab Mayılov (“Neftçi” İK) 4:1
Fərid Şirəli (Gəncə) - Ümid Rüstəmov (“Rabitə” İK, DİN), Birinci döyüşü davam etdirməkdən imtina edib
60 kq
Ruslan Rüstəmov (“Rabitə” İK) - Niyaməddin Allahverdiyev (“Neftçi” İK) 2:3
Sərxan Əliyev (“Qəbələ” İK) - Sayad Lalayev (MOİK) 0:5
İbrahim Cəfərzadə (“Qızıl Əlcək” İK) - Süleyman Süleymanlı (Masallı) 5:0
Seymur İsayev (“Gilan” İK) - Cavid Çələbiyev (“Qəbələ” İK) 0:5
64 kq
İman Əhmədli (“Orion” İK) - Elnur Əliyev (DİN) 3:2
Fərid Ağamoğlanov (“Qəbələ” İK) - Malik Həsənov (“Gilan” İK) 4:1
Bəxtiyar Qazıbəyov (“Rabitə” İK) - Elməddin İsmayılov (“Rabitə” İK) 3:2
Emil Əliyev (“Qəbələ” İK) - Elvin İsayev (“Gilan” İK), Birinci döyüşü davam etdirməkdən imtina edib
69 kq
Fərid Qəribov (“Qızıl Əlcək” İK) - Nicat Məmmədov (“Qızıl Əlcək” İK), İkinci tam üstünlüklə qalib gəlib
Roman Zakirov (“Qəbələ” İK) - Kamran Qəhrəmanov (DİN) 5:0
Xəzər Əliyev (“Kür” İK) - Səməd Həzənzadə (Sabirabad), İkinci döyüşü davam etdirməkdən imtina edib
Zahir Malikov (“Neftçi” İK) - Elnur Süleymanov (“Gilan” İK), Birinci döyüşü davam etdirməkdən imtina edib
75 kq
İsmayıl Hüseynov (“Qəbələ” İK) – Zaur Bağırov (Salyan), İkinci döyüşü davam etdirməkdən imtina edib
Talıb Talıblı (“Qəbələ” İK) - Fərid Qasımzadə (“Rabitə” İK) 2:3
Rasim Çobanlı (“Gömrükçü” İK) - Hidayət Musayev (“Kür” İK) 0:5
Məhəmməd Ömərov (Balakən) - Elvin Qəmbərov (MOİK) 2:3
81 kq
Loren Dominkan Alfonso (“Qəbələ” İK) - Tural Şamiddinov (“Neftçi” İK) 5:0
Xəqani Cəfərov (“Zenit” İC) - Eldar Quliyev (“Gilan” İK), Birinci döyüşü davam etdirməkdən imtina edib
Əlirza Nəsibov (“Sədərək” İK) - Cəbrayıl Elekov (“Orion”) 0:5
Tural Həsənov (Z-1 İK) - Rauf Rəhimov (“Qəbələ” İK) 0:5
+91 kq
Ağalar Sadıqzadə (Naxçıvan) - Matiş Mehrəliyev (“Gömrükçü” İK), İkinci döyüşə gəlməyib
Asəf Aslanov (Quba) - Asəf Aslanlı (“Qəbələ” İK) 0:5
Məhəmməd Abdullayev (“Rabitə” İK) - Məhəmmədəli Tahirzadə (“Qəbələ” İK), İkinci döyüşü davam etdirməkdən imtina edib
Elşən Hüseynov (DİN) - Sadiq Səmədov (“Ədliyyə” İK), İkinci döyüşə gəlməyib
