"Sumqayıt" son oyunda ilk qələbə axtarışında

ESTAFET/ Türkiyədə təlim-məşq toplanışında olan komandalarımızdan olan “Sumqayıt” da bu gün son yoxlama görüşünü keçirəcək. "Kimyaçılar” Serbiya “Mladost”u ilə qarşılaşacaq.
Yoxlama görüşü
3 fevral 2018
16:00. “Sumqayıt” (Azərbaycan) - “Mladost” (Luçani, Serbiya)
Qeyd edək ki, “Sumqayıt” buna qədər Antalyada keçirdiyi 3 görüşdə “Konkordiya” (Rumıniya - 0:1) və “Anji”yə (Rusiya - 0:1) uduzub, “Akademiya Pandev”lə (Makedoniya - 1:1) isə bərabərə qalıb.

