Millimiz İspaniyaya məğlub oldu

ESTAFET/ Futzal üzrə milli komandamız bu gün Avropa çempionatında qrupdakı ikinci oyununa çıxacaq. Yığmamız İspaniya ilə görüşəcək.

 

3 komandadan ibarət qrupda ilk oyunda Fransa yığmasına qalib gələn millimiz  artıq 1/4 finalı təmin edib. Belə ki, bu qrupun ilk matçında Fransa ilə İspaniyanın heç-heçə oynaması millimizin önünü erkən açıb.

 

Turnirin favoritlərindən hesab olunan “buğalar”la görüş isə qrupdakı yerimizin müəyyənləşməsi və 1/4 finaldakı rəqibimizin kim olması baxımından əhəmiyyətlidir.

 

İspaniya yığması millimizə uduzacağı təqdirdə qrupda qalmaq ehtimalı olduğundan görüşün gərgin keçəcəyini proqnozlaşdırmaq olar.

 

AVRO-2018

D qrupu

4 fevral 2018

Azərbaycan - İspaniya  0:1

Hakimlər: Vladimir Kadikov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)

Sloveniya, Lyublyana, “Stojica Arena”

 

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 13. Everton Kardoso, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov

Baş məşqçi: Joze Alesio da Silva 

Müəllif: Estafet.az