"Beşiktaş" erməni futbolçunu yolladı

ESTAFET/ Türkiyənin "Beşiktaş” futbol klubu heyətində düşünmədiyi Aras Özbilizi komandadan göndərib.

Erməni futbolçu karyerasını Moldovanın "Şerif” klubunda davam etdirəcək. Klubun rəsmi saytı bu barədə məlumat yaysa da, transferin detalları haqda bilgi paylaşmayıb. 

Xatırladaq ki, karyerasını Hollandiyanın “Ayaks” klubunda başlayan Aras Rusiyada “Spartak” və “Krosnadar”da da oynayıb. "Qara qartallar" Arası 2016-cı ilin yanvar ayında transfer etmişdi. İstanbul təmsilçisi onu yarım mövsüm İspaniyanın "Rayo Vallekano" klubuna icarəyə verib. 27 yaşlı yarımmüdafiəçi sabiq komandasında 5 oyunda iştirak edib və 1 qola imza atıb. 

Müəllif: Orxan NOVRUZOV