Portuqaliya finalda: AVRO-2018

ESTAFET/ Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatında ilk finalçının adı məlum olub. Bu, 1/4 finalda Azərbaycan yığmasının da qarşısını kəsən Portuqaliya futzalçıları olub.  Onlar yarımfinalda Rusiyanı 3:2 hesabı ilə məğlub edərək, adlarını finala yazdırıblar. 

 

Xatırladaq ki, futzalçılarımız 1/4 finalda portuqaliyalılardan 1:8 hesablı ağır məğlubiyyət alaraq turnirlə vidalaşmışdılar. 

Müəllif: Bəhruz MƏMMƏDOV