"Real" evdə, "Liverpul" səfərdə sevindi: ÇL - 1/8 final

ESTAFET/ Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib. 

 

Turnirin son qalibi olan Madrid “Real”ı PSJ ilə doğma "Santyaqo Bernabeu"da qarşılaşıb. Cari mövsümü qeyri-stabil keçirən, La Liqada 4-cü pillədə qərarlaşan və İspaniya Kubokunda mübarizəni dayandıran madridlilər bütün diqqəti ÇL-ə yönəldiblər. Onlardan fərqli olaraq, Fransa çempionatında liderlik edən və parlaq oyunu ilə diqqəti çəkən parislilər isə qitənin ən mötəbər klub turnirində yollarına davam etmək niyyətində idilər.

 

Qarşılaşmada hesabı qonaqlar açıblar. Belə ki, PSJ 33-cü dəqiqədə Rabiotun qolu ilə önə keçib. Lakin hissənin son dəqiqəsində Ronaldo penalti zərbəsi ilə hesabı bərabərləşdirib. Lakin gorüşün son 10 dəqiqəsində "kral klubu" daha 2 qol vuraraq, səfəröncəsi kifayət qədər sərfəli nəticə qazana bilib.  

 

Bu komandalar indiyə qədər 5 dəfə qarşılaşıblar və üstünlük madridlilərin tərəfindədi - 3 qələbə, 1 bərabərlik və 1 məğlubiyyət. 

 

Bu gün keçiriləcək digər qarşılaşmada “Porto” “Liverpul”u qəbul edirdi. Qonaqlar cütün taleyini demək olar ki bu qarşılaşmada həll ediblər. Belə ki, onların vurduğu 5 qola portuqallar heç nə ilə cavab verə bilməyiblər.  

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

14 fevral 2018

“Real” (Madrid, İspaniya) - PSJ (Fransa)  3:1

Qollar: Ronaldo 45 (p.), 83, Marselo 86 : Rabiot 33

Baş hakim: Canluka Rokki (İtaliya)

 

 

“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)  0:5

Qollar: Mane 25, 53, 85, Salah 29, Firmino 69 

Baş hakim: Daniele Orsato (İtaliya) 

Müəllif: Orxan NOVRUZOV