Yığmamız üçün daha bir rəqib tapıldı

ESTAFET/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytının məlumatına görə, futbol üzrə Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
Belə ki, millimiz mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, millimiz martın 23-də Belarusla Bakıda, 27-də Makedoniya ilə Antalyada, iyunun 9-da Latviya ilə səfərdə yoxlama oyunları keçirəcək.

