RİO-2016: PARALİMPİYAÇILARIMIZIN SAYI ARTDI
ESTAFET/ Azərbaycan Paralmpiya Komitəsinin məlumatına görə Azərbaycanı Rio-2016 Paralimpiya Oyunlarında təmsil edəcək idmançılarımızın sayı 24-dən 27-yə yüksəlib. Buna səbəb Rusiya Paralmipya yığmasının 267 idmançısının bütünlüklə Oyunlardan uzaqlaşdırılması olub. Belə olan halda bu lisenziyalar bütün ölkələr arasında böıüşdürülüb.
Azərbaycana düşən əlavə 3 lisenziyanın sahibləri də artıq müəyyənləşib və komandamızın heyətinə daxil ediliblər. Bunlar cüdoçular afaq Sultanova və Ramin Əliyev, atlet Hüseyn Hüseynovdur. Qeyd edək ki, bu artıq Rio Paralmpiya Oyunlarında iştirak edəcək 27 idmançı üçün 6 növdə 44 lisenziya deməkdi.