Cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb

ESTAFET/ "Sərhədçi" Olimpiya İdman Mərkəzində U-21 gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Ölkə birinciliyinin sonuncu günündə oğlanlar arasında altı çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.


Elçin Hüseynov (66 kq), Kərim Allahverdiyev (73 kq), Murad Fətiyev (81 kq), Azər Yaqublu (90 kq), Adil Kərimli (100 kq) və Ayxan Cəfərov (+100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Xatırladaq ki, Respublika birinciliyinin ilk günündə oğlanlarda Balabəy Ağayev (55 kq) və Yaşar Nəcəfov (60 kq), qızların yarışında isə Ramilə Əliyeva (44 kq), Şəfəq Həmidova (48 kq), Elvira Əsgərova (52 kq), Ülviyyə Rəhimli (57 kq), Diana Şoronova (63 kq), Məsməxanım Quliyeva (70 kq), Rəvanə Kərimova (78 kq) və Əminə Hüseynova (+78 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanmışdılar.


İki gün davam edən respublika birinciliyində ümumi medal sayında “Judo Club 2012” klubu birinci, “Atilla İdman Klubu” İB ikinci, “Qəbələ” klubu isə üçüncü olub.


Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparıb. 

Müəllif: Orxan NOVRUZOV