FORMULA-1: BELÇİKA QRAN-PRİSİ
ESTAFET/ Avqustun 26-dan etibarən sürət həvəskarlarının nəbzi Belçikada döyünürdü. Belə ki, milyonların sevimli idman növü və əyləncəsi olan Formula-1 yarışlarının növbəti mərhələsi start götürmüşdü.
Bu mərhələdə "Mercedes AMG F1" komandasının alman pilotu Niko Rosberq yenidən hamıdan sürətli olduğunu sübut edə bildi. Bakıda keçirilən Avropa Qran-Prisindəki qələbədən sonra Niko iyul ayında doğma meydanında öz azarkeşlərinin ümidlərini doğrulda bilməmişdi. Burada isə 1:44:51.058 vaxt göstəricisi ilə qalib olmağı bacardı. Daha maraqlısı isə, onun qələbə qazanmaqda qədər də çətinlik çəkməməsi idi.
İkinci yeri "Red Bull Racing" komandasının avtraliyalı pilotu Daniel Rikkardo (+14.113), üçüncü yeri isə digər "Mercedes AMG F1" komandasının britaniyalı piloti Lyuis Hamilton (+27.634) tutub.
Belçika Qran-Prisindəki mübarizədən sonra sıralamalardakı ilk "beşlik"lər aşağıdakı kimidir:
Şəxsi birincilik
5. Raykkonen (Ferrari) - 124
Komanda birinciliyi
5. Williams - 101
Qeyd edək ki, növbəti mərhələ yarışları 2-4 sentyabr tarixlərində Montza şəhərində keçiriləcək İtaliya Qran-Prisi olacaq.