Balacayeva Azərbaycan çempionudur

ESTAFET/ Qadın şahmatçılar arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatına yelkun vurulub. 20 şahmatçının iştirak etdiyi çempionatda 6,5 xal toplayan 16 yaşlı Xanım Balacayeva hamını qabaqlayaraq çempion adına sahib olub.
17 yaşlı digər gənc və böyük perspektiv vəd edən şahmatmımız Günay Məmmədzadə də Xanımla eyni xal toplayıb. Lakin, əlavə göstəricilərə görə Günay ikinciliklə kifayətlənməli olub. Çempionatın bürünc mükafatçısı isə 6 xal toplayan Gülnar Məmmədova olub.
Zeynən və Türkan Məmmədyarova bacıları 5,5 xalla müvafiq olaraq, 4 və 5-ci yerləri tutublar.
Sonuncu turda keçirilən qarşılaşmalar:
Xanım Balacayeva - Nərmin Söyünlü 0,5:0,5
Zeynəb Məmmədyarova - Günay Məmmədzadə 0:1
Türkan Məmmədyarova - Gülnar Məmmədova 0,5:0,5
Nərmin Məmmədova - Aydan Höccətova 1:0
Ülviyyə Fətəliyeva - Ayan Allahverdiyeva 1:0
Süsən Məmmədova - Səbinə İbrahimova 0:1
Səbinə Rzalı - Aynur Kətanova 1:0
İradə Əhmədova - Aytac Heydərova 0,5:0,5
Gövhər Beydullayeva - Jalə Babazadə 1:0
Samirə Babayeva - Ləman Hacıyeva 1:0
9 turdan sonra yekun xal durumu:
Xanım Balacayeva - 6,5 xal
Günay Məmmədzadə - 6,5 xal
Gülnar Məmmədova - 6 xal
Zeynəb Məmmədyarova - 5,5 xal
Türkan Məmmədyarova - 5,5 xal
Nərmin Məmmədova - 5,5 xal
Aydan Höccətova - 5 xal
Ülviyyə Fətəliyeva - 5 xal
Səbinə İbrahimova - 5 xal
Nərmin Söyünlü - 5 xal
Gövhər Beydullayeva - 4,5 xal
Ayan Allahverdiyeva - 4,5 xal
İradə Əhmədova - 4 xal
Səbinə Rzalı - 4 xal
Süsən Məmmədova - 3,5 xal
Aynur Kətanova - 3,5 xal
Aytac Heydərova - 3,5 xal
Samirə Babayeva - 2,5 xal
Ləman Hacıyeva - 2,5 xal
Jalə Babazadə - 2 xal

