Atletlərimiz Belarusda yarışıblar

ESTAFET/ 23-26 fevral tarixlərində Belarusun Minsk şəhərində gənclər arasında "Athletic Match 2018" turniri keçirilib. 10 ölkənin qatıldığı turnirdə Azərbaycan 10 idmançı ilə təmsil olunurdu.
İdmançılarımızdan ən yaxşı nəticəni üç-təkanla tullanma yarışlarında iştirak edən, Nəcəfzadə Səid əldə etmişdir. O, 14.97 nəticə göstərərək turnirin gümüş medalını qazanmışdır. Bu nəticə ilə o, həm də öz şəxsi nəticəsini yeniləmişdir.
Yarışın sonunda hər ölkə üçün ən yaxşı idmançılar seçildi. Azərbaycan komandasından bu mükafata: Nəcəfzadə Səid və Tağızadə Fəxriyyə laiq görüldülər.
