Daha iki 1/4 finalçı bəlli oldu

ESTAFET/ UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş keçirilib. Hər iki görüş İngiltərədə baş tutub.

 

Premyer Liqada çempionluğunu böyük ölçüdə həll edən və bu cütün taleyini səfərdə həll edən "Mançester Siti” İsveçrə “Bazel”ini qəbul edirdi. Meydana əsasən, əvəzediciləri buraxan Qvardiola yekunda məğlub olsa da, mərhələni keçib.

 

“Tottenhem” isə çətin "Yuventus" sınağından üzüağ çıxa bilməyib. İtaliya səfərindən sərfəli nəticə ilə dönən komandanın azarkeşlərində növbəti mərhələ sevinci yaşanırdı. İlk hissədən sonra bu sevinc daha da artmışdı. Belə ki, "xoruzlar" fasiləyə qələbə ilə yollandılar. Lakin "qoca sinyora" ikinci hissədə 2 dəqiqəyə vurduğu qollarla cütün taleyini öz xeyrinə həll edib. 

 

UEFA Çempionlar Liqası, 2017/18 mövsümü

1/8 final - cavab oyunları

7 mart 2018

 

“Mançester Siti” (İngiltərə) – “Bazel” (İsveçrə)  1:2

Qollar: Jesus 8 : Elyunusi 17, Lanq 72

İlk oyun – 4:0

 

“Mançester Siti”: 1. Klaudio Bravo, 3. Danilo, 5. Con Stons, 8. İlkay Gündoğan, 14. Aymerik Laporte, 19. Leroy Sane, 20. Bernardo Silva, 33. Qabriel Jesus, 35. Aleksandr Zinçenko, 42. Yaya Ture, 47. Fil Foden

“Bazel”: 1. Tomas Vaçlik, 3. Leo Lakro, 5. Mixael Lang, 6. Fabian Fray, 7. Luka Zuffi, 17. Marek Suşi, 19. Dmirdi Oberlin, 20. Coffri Serey Day, 24. Muhammed Elyunussi, 25. Blas Riveros, 33. Kevin Bua

 

 

 

“Tottenhem” (İngiltərə) – “Yuventus” (İtaliya)  1:2

Qollar: Son 39 : İquayn 63, Dibala 65

İlk oyun - 2:2

 

“Tottenhem”: 1. Huqo Lloris, 2. Kieran Tripper, 5. Yan Vertogen, 6. Davinson Sancez, 7. Hun Min Son, 10. Harri Keyn, 15. Erik Dayer, 19. Musa Dembele, 20. Delle Alli, 23. Kristian Eriksen, 33. Ben Devis

“Yuventus”: 1. Canluci Buffon, 3. Corco Kyellini, 4. Medhi Benatia, 5. Miralem Pyaniç, 6. Sami Xedira, 9. Qonzalo İquayn, 10. Pablo Dibala, 12. Aleks Sandro, 14. Bleyz Matuidi, 15. Andrea Barzali 

Müəllif: Natiq NƏSİROV