I Divizionda bugün qeydə alınan nəticələr

ESTAFET/ Bu gün Futbol üzrə Azərbaycan I Divizionunda 17-ci tura start verilib. İlk oyun günündə 3 qarşılaşma baş tutub. 


Lider “Qaradağ Lökbatan” son çempion “Turan Tovuz”u qəbul edirdi. 3 xalı qonaqlar bayram edib. 


Autsayder “Zaqatala” evdə qış fasiləsində heyətini kifayət qədər gücləndirən “Xəzər”ə uduzub. “Binə” isə “Ağsu”nu məğlub edib.


Azərbaycan I Divizionu
17-ci turun oyunları


8 mart 2018

“Zaqatala” – “Xəzər” 1:2
Qollar: Elvin Həsənov 11 : Bəxtiyar Soltanov 15, Tural Qürbətov 86
Qırmızı vərəqə: Sahil Zeynalov, 90+2.
Hakimlər: Rəhim Həsənov, Eyyub İbrahimov, Pərvin Talıbov, Namiq Bəkirov.
Zaqatala şəhər stadionu.


“Qaradağ Lökbatan” – “Turan Tovuz” 1:3
Qollar: Sabir Allahquliyev 71 (p.) : İlkin Rzayev 54, 80, Ziyabil Məmmədov 58
Hakimlər: Ömər Paşayev, Cəmil Quliyev, Elman Kərimov, Xəlil Xəlilov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.


“Binə” - “Ağsu” 1:0
Qol: Sərxan Ağayev 10
Hakimlər: Ramil Əhmədov, Elşad Abdullayev, Vüsal Qənbərov, Kərim Kərimov.
Binə qəsəbə stadionu.


Turun qalan iki oyunu sabah keçiriləcək: "Sabah" - MOİK, "Şüvəlan" - "Mil-Muğan". 

Müəllif: Bəhruz MƏMMƏDOV