Azərbaycan - Belarus oyunun üçün bilet qiymətləri

ESTAFET/ Milli komandamızın martın 23-də keçirəcəyi Belarus yığması ilə yoldaşlıq görüşü üçün biletlər martın 10-da satışa çıxarılacaq. Saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı canlı izləmək istəyənlər ən azı bir manat ödəməli olacaqlar.
Kateqoriyalara uyğun olaraq, qiymətlər aşağıdakı kimidir:
3-cü kateqoriya - 1 manat
2-ci kateqoriyanın - 2 manat
1-ci kateqoriya 4 manat
VIP - 15 manat.

