Qaşım Maqomedov Ukraynada birinci oldu

ESTAFET/ Ukraynanın Xarkov şəhərində növbəti dəfə təşkil edilən G1 kateqoriyalı turnir davam edir. Yarışda təmsil olunan böyüklərdən ibarət milli komandamızın üç üzvü artıq medala sahib olub.
İlk yarış günü 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov turnirin qalibi olub. Məcid Sofiyev (-54 kq) və Şəms Həsənova (-62 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medal qazanıblar.
Xarkov şəhərinin “Lokomotiv” idman sarayında keçirilən “Ukraine Open” turnirinə bu gün yekun vurulacaq.
