Göygöldə taekvondo üzrə açıq birincilik keçiriləcək

ESTAFET/ Göygöl rayonu taekvondo yarışlarına ev sahibliyi edəcək. 31 mart Azərbaycanlıların Soyqırımı qurbanları xatirəsinin 100-cü ildönümünə həsr olunmuş taekvondo idman növü üzrə “Göygöl Açıq Birinciliyi” keçiriləcək.
Yaışlar Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Taekvondo Federasiyası və Göygöl rayon Gənclər və İdman idarəsinin rəhbərliyi ilə keçirilir. 31 mart-1 aprel tarixlərində baş tutacaq yarışa 2007-2010-cü il təvəllüdlü uşaqlar (oğlan və qız), 2004-2006-cı il təvəllüdlü yeniyetmələr (oğlan və qız) və 2001-2003-cü il təvəllüdlü gənc (oğlan və qız) idmaçılar qatılacaq. Turnir “DAEDO international” taekvondo sistemi ilə keçiriləcək.
Yarışları təşkil etməkdə məqsəd 31 mart Azərbaycanlıların Soyqırım günün mahiyyətini yetişməkdə olan nəslə aşılamaq, taekvondo idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.
Göygöl Olimpiya İdman Kompleksində təşkil ediləcək yarışda I,II,III yerləri tutan idmançılar, Göygöl rayon Gənclər və İdman idarəsinin müvafiq diplom və medalları ilə təltif olunacaq.
