Məmmədyarovdan heç-heçə, Karuana liderliyi ələ aldı - İddialıların turniri

ESTAFET/ İkinci istirahət gününün ardından bu gün Berlində şahmat tacına iddialıların turniri VII turun oyunları ilə davam edir.
Turnirdəki təmsilçimiz Şəhriyar Məmmədyarov bu tur qara fiqurlarla rus şahmatçı Aleksandr Qrişukla üz-üzə gəlib. Ötən turda ağ fiqurlarla Vladimir Kramnikə qalib gələn Məmmədyarov bu dəfə erkən heç-heçəyə razılaşıb.
Bu turadək Şəhriyarla birlikdə turnir cədvəlinə şərikli liderlik edən amerikalı Karuana isə qara fiqurlarla erməni Aronyanı məğlub edib və turnirin vahid liderinə çevrilib.
İddialılar turniri
VII tur
Aleksandr Qrişuk – Şəhriyar Məmmədyarov 0,5:0,5
Sergey Karyakin – Uesli So 1:0
Levon Aronyan – Fabiano Karuana 0:1
Vladimir Kramnik – Liren Dinq 0,5:0,5
Turnir cədvəli:
1. Karuana - 5 xal, 2. Məmmədyarov – 4,5 xal, 3-5. Kramnik, Dinq, Qrişuk - 3,5 xal, 6. Karyakin - 3 xal, 7-8. So, Aronyan, So - 2,5 xal

