Gənclərimiz şotlandlara tapşırıldı

ESTAFET/ 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Kosovo - Azərbaycan matçına olan hakim təyinatları açıqlanıb. Martın 22-də baş tutacaq görüşü şotlandiyalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Donald Robertson olacaq. Ona Cordan Stokoe və Şon Karr kömək edəcəklər. Matçın dördüncü hakimi funksiyasını Nikolas Uolş yerinə yetirəcək.

