Karlsen 2 illik fasilədən sonra Şəmkirə qayıdır

ESTAFET/ Bu ilin 18-28 aprel tarixlərində Şəmkir şəhərində mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş nüfuzlu şahmat superturniri keçiriləcək. Sayca 5-ci olacaq turnirin iştirakçıları artıq müəyyənləşib. 

 

Sevindirici məqamdır ki, dünya şahmatının hazırkı lideri norveçli zəka sahibi Maqnus Karlsen Şəmkirə gələcəyini təsdiqləyib. Xatırladaq ki, o iştirak etdiyi ilk iki turnirin hər ikisində qalib adını qazanmışdı. Sonraki iki ildə isə, onun yoxluğunda qalib adını Şəhriyar Məmmədyarov qazanıb. Bununla da, "Shamkir Chess 2018" hal-hazırda dünya reytinqinin ilk iki pilləsində qərarlaşan və turnirin ikiqat qaliblərinin dueli ilə yadda qala bilər. 

 

Azərbaycanı turnirdə Şəhriyardan başqa beynəlxalq qrossmeysterlərimiz Teymur Rəcəbov və Rauf Məmmədov da təmsil edəcəklər.  

 

Turnirin tam heyəti isə belədir:

Maqnus Karlsen (Norveç)

Şəhriyar Məmmədyarov (Azərbaycan)

Vladimir Kramnik (Rusiya)

Aniş Giri (Hollandiya)

Lijen Din (Çin)

Sergey Karyakin (Rusiya)

Veselin Topalov (Bolqarıstan)

Teymur Rəcəbov (Azərbaycan)

David Navara (Çex Respublikası)

Rauf Məmmədov (Azərbaycan)

Müəllif: Natiq NƏSİROV