Şəhriyar hələ də yarım xal geridədir - İddialıların Turniri

ESTAFET/ Berlində keçirilən şahmat üzrə nüfuzlu İddialıların Turniri bu gün 9-cu turun oyunları ilə davam edib.
Bu tur buradakı təmsilçimiz Şəhriyar Məmmədyarovun rəqibi erməni Levon Aronyan olub. Şəhriyar ilk dövrədə ağ fiqurlarla olduğu kimi, bu dəfə də qara fiqurlarla heç-heçəyə razılaşıb.
Turda yalnız rus Karyakin qələbəyə sevinib. O, həmyerlisi Kramniki məğlub edərək turnir cədvəlindəki vəziyyətini nisbətən yaxşılaşdırıb.
İddialılar turniri
IX tur
20 mart 2018
Levon Aronyan (2794, Ermənistan) - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) 0,5:0,5
Sergey Karyakin (2763, Rusiya) - Vladimir Kramnik (2800, Rusiya) 1:0
Fabiano Karuana (2784, ABŞ) - Lijen Din (2769, Çin) - 0,5:0,5
Uesli So (2799, ABŞ) - Aleksandr Qrişuk (2767, Rusiya) 0,5:0,5
Turnir cədvəli:
1. Karuana - 6 xal, 2. Məmmədyarov – 5,5 xal, 3. Qrişuk - 5 xal, 4-5. Karyakin, Lijen Din - 4,5 xal, 6-8. Kramnik, So, Aronyan - 3,5 xal

