Qızlarımız bu dəfə minimal hesabla məğlub oldu

ESTAFET/ Almaniyada keçirilən 17 yaşadək qızlardan ibarət Avropa çempionatının elit-raund mərhələsi davam edir. Azərbaycan millisi bu gün VII qrupda ikinci oyununa çıxıb.

 

Martın 22-dəki ilk görüşündə meydan sahibi Almaniyaya böyük hesabla (0:5) məğlub olan qızlarımız bu dəfə İrlandiya ilə üz-üzə gəlib. Qrafsvald şəhərindəki “Volksstadion”da baş tutan görüşdə yığmamız yenə məğlub olub. 

 

Avropa çempionatı, elit-raund

II tur

25 mart 2018

İrlandiya U-17 - Azərbaycan U-17  1:0

Qol: Boyl Karr 47

Baş hakim: Meytar Şemeş (İsrail)

Hakim köməkçiləri: May Moalem (İsrail), Anya Klimm (Almaniya)

Dördüncü hakim: Miriam Şveynefus (Almaniya)

Qrafsvald. “Volksstadion”

Müəllif: Orxan NOVRUZOV