19 yaşlıların elit raund üçün heyəti bəlli oldu

ESTAFET/ 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Aprelin 1-dən 11-dək Finlandiyada keçiriləcək Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək yığmamıza 20 futbolçu çağırılıb.

 

Baş məşqçi Vüqar Əsgərli qarşıdakı görüşlərdə Sudə Topçu, Öznur Tas (hər ikisi “1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Dilgə Uyğun, Mərvə Özdəmir (hər ikisi “Ayntraxt”, Almaniya), Ayşən Əhmədova, Vüsalə Seyfətdinova, Rövşanə Sərdarlı (hamısı “Gənclik”), Çağla Miray Kanpara (“Herta Zehlendorf”, Almaniya), Nigar Abdulova, Firəngiz Teymurova (hər ikisi “Keşlə”), Pəritan Bozdağ, Muazəz Yağmur Özkumru (hər ikisi “Konak Bələdiyyə Spor”, Türkiyə), Cəmilə Hüseynova, Aytən İbadova (hər ikisi “Qubek”), Nino Qurqenidze (“Martve”, Gürcüstan), Ülkü Özdəmir, Haticə Özdəmir (hər ikisi “Montabaur”, Almaniya), Vüsalə Hacıyeva, Arzu Əliyeva (hər ikisi “Sumqayıt”) və Həqiqət Qasımovaya (“Təhsil”) güvənəcək.

 

Qeyd edək ki, millimiz aprelin 4-də Fransa, 7-də Belçika, 10-da Finlandiya ilə qarşılaşacaq. 

Müəllif: Orxan NOVRUZOV