Göygöl turniri başa çatıb
ESTAFET/ Göygöl rayonunda 31 mart Azərbaycanlıların Soyqırımı qurbanları xatirəsinin 100-cü ildönümünə həsr olunmuş taekvondo idman növü üzrə Göygöl Açıq Birinciliyi başa çatdı. 31 mart - 1 aprel tarixlərində keçirilən yarış Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Taekvondo Federasiyası və Göygöl rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə baş tutub.
Yarışda 2007-2010-cü il təvəllüdlü uşaqlar (oğlan və qız), 2004-2006-cı il təvəllüdlü yeniyetmələr (oğlan və qız) və 2001-2003-cü il təvəllüdlü gənc (oğlan və qız) idmançılar qüvvələrini sınamışdır. Respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən taekvondo klublarından və qonşu Gürcüstan respublikasının Rustavi şəhərini təmsil edən “Rustavi” taekvondo klubundan ümumilikdə 510 idmançının qatıldığı turnirin qalibləri Göygöl rayon Gənclər və İdman idarəsinin müvafiq diplom və medalları ilə təltif olunub.
Komandalar arasında ilk pilləyə RUGİM-nin yetirmələri sahib olub. Sumqayıt idmançıları ikinci, Göygöl komandası üçüncü, D.İ.N İ.C-nin təmsilçiləri isə dördüncü pilləyə layiq görülüb.