Turun ilk oyun günü qalib olmadı: Topaz Premyer Liqası

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında millinin oyunları ilə əlaqədar yaranmış fasilə başa çatıb. Çempionatının XXI turunda keçirilən hər iki qarşılaşma sülhlə yekunlaşıb.

 

Günün ilk qarşılaşması Gəncədə baş tutub. Çempionatın autsayderi “Kəpəz” “Zirə”ni qəbul edirdi. Tərəflərin cəhdlərinə baxmayaraq görüş qolsuz bərabərliklə başa çatıb. 

 

"Azərsun Arena"da baş tutan ikinci qarşılaşmada da qalib müəyyənləşməyib. Belə ki, çempionatın lideri "Qarabağ” “Keşlə”nin müqavimətini qıra bilməyib. Rəqiblər hərəyə 1 dəfə fərqlənməyi bacarıblar. 

 

Tura və 3-cü dövrəyə sabah keçiriləcək “Qəbələ” - “Sumqayıt” və “Neftçi” - “Səbail” matçları ilə yekun vurulacaq.

 

 

Topaz Premyer Liqası, 2017/18 mövsümü

XXI turun oyunları

1 aprel 2018


“Qarabağ” - “Keşlə”  1:1

Qollar: Riçar Almeyda 57 : Savik Alxasov 34

Qırmızı vərəqələr: Coşqun Diniyev 60 : Sezar Meza Kolli 60

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
“Azərsun Arena”

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Rahid Əmirquliyev, 8. Markos Madera, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 10. Pedro Enrike, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 70. Nicat Süleymanov 77. Donald Qerye, 90. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

 

“Keşlə”: 1. Kamran Ağayev (k) , 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 14. Andre Klennon, 19. Pablo Podio, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev

Baş məşqçi: Yuri Maksimov

 

 

“Kəpəz” - “Zirə”  0:0
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu

 

“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13.Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 91. Dario Federiko, 16. Quili Mandqaladze, 20. Tərzin Cahangirov, 7. Roman Hüseynov, 48. Dieqo Souza, 24. Şadon Vinçester

Ehtiyat oyunçular: 1.Davud Kərimi, 55. Tərlan Qasımzadə, 5. Tural Nərimanov, 9. İlkin Sadıqov, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 21. Murad Səttarlı, 10. Tural Rzayev, 8. Samir Zərgərov, 11. Kamran Abdullazadə

Baş məşqçi: Yunis Hüseynov

 

“Zirə”: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 16. İbrahim Aslanlı, 18. Yani Urdinov, 29. Comal Uilyams, 43. Riçard Qadze, 88. Elşən Abdullayev

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Aleksandr Dedov, 10. Orxan Əliyev, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 14. Tellur Mütəllimov, 17.Vüsal İsgəndərli, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 57. Kənan Zülfüqarov, 77. Mirsahib Abbasov

Baş məşqçi: Ayxan Abbasov 

Müəllif: Bəhruz MƏMMƏDOV