İntizam Komitəsinin iclası keçirildi
ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının XXI turunun “Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Qarabağ” klubunun 91 №-li futbolçusu Coşqun Diniyev və “Keşlə” klubunun 10 №-li futbolçusu Sezar Meza Colli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıblar. Bu səbəbdən hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 2400 manat cərimə olunurlar (maddə 38.2). Futbolçulara verilmiş 3 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir (maddə 33).
Əvəzedici heyətlərin XXI turunun “Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40). “Qəbələ” klubunun baş məşqçisi Emin İmaməliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur(maddə 62).
I Divizionun XXI turunun “Sabah” – “Zaqatala” matçının 45-ci dəqiqəsində “Zaqatala” klubunun 14 №-li futbolçusu Roini İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır,klub 160 manat cərimə olunur (maddə 37.1).
“Zaqatala” klubunun 3 №-li futbolçusu Nəsib Əliyev texniki zona qaydalarını pozduğu üçün uzaqlaşdırılıb. Futbolçu bu səbəbdən 1 oyun cəzalanır,klub 20 manat cərimə olunur (maddə 62).